e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergi hüquqpozmalarına qarşı tətbiq edilən məsuliyyət tədbirləri haqqında YADDAŞ

2017-08-25 | Vergilər | 2632

Vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrə əməl etmək hər bir vergi ödəyicisinin borcudur. Lakin müşahidələrin nəticəsi göstərir ki, heç də bütün hallarda vergi ödəyiciləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinə məsuliyyətlə yanaşmır və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmirlər. Bu da son nəticədə onlara qarşı inzibati cərimə və maliyyə sanksiyaları tətbiq edilməsi ilə nəticələnir. Sizə təqdim etdiyimiz bu "YADDAŞ"ın hazırlanmasının məqsədi də belə halların qarşısının alınmasına xidmət edir. Bu yaddaşdan istifadə etməklə vergi ödəyiciləri vergilərlə bağlı hansı vəzifələrə malik olduqları və həmin vəzifələri vaxtında yerinə yetirmədikdə tətbiq olunan cərimə və maliyyə sanksiyaları barədə məlumat əldə edə bilərlər.

Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi sayılır.

Vergi ödəyicisilərinin vəzifələri aşağıdakılardır:

  • vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;
  • qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;
  • gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;
  • vergi bəyannamələrini (hesabatını) təqdim etmək;
  • hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində aşağıda göstərilən hər bir şəxs üzrə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair Vergilər Nazirliyinin müəyyən etdiyi formada arayışı təqdim etmək:
  • Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər;
  • qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi;
  • Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər.
  • yuxarıda qeyd olunan şəxslərə dair məlumatları (o cümlədən onların reyestr məlumatlarını) vergi orqanının tələbi ilə təqdim etmək;
  • vergi orqanlarının qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək;
  • vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək;
  • qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Sadələşdirilmiş vergi üzrə sabit vergi məbləği ödəyən şəxslərin nəzərdə tutulan fəaliyyət növlərini "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" almaqla həyata keçirmək;
  • Aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək:
    • qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
    • kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
    • səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
    • qiymətli kağızların və lotereya biletlərinin satışı;
    • elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti.
  • nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək;
  • istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, NKA-dan istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək;
  • sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabların açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydlər etməklə, bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etmək;
  • nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) "Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək;
  • vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək;
  • vergi orqanının tələbinə əsasən maliyyə institutlarında vergi monitorinqinin aparılması ilə bağlı vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları vergi orqanlarına və onların vəzifəli şəxslərinə təqdim etmək;
  • maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini və Vergi Məcəlləsinə uyğun olaraq maliyyə institutları tərəfindən təqdim edilməsi nəzərdə tutulan məlumatların əks olunduğu forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən elektron hesabatların təqdim edilməsini təmin etmək;
  • Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarının vəzifəli şəxslərinə əmlakın siyahıya alınmasına, həmin əmlakın məsul saxlamaya qoyulması üçün götürülməsinə zəruri şərait yaratmaq, habelə onların bu sahədə qanuni fəaliyyətlərinə maneçilik törətməmək;
  • sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək;
  • pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim etmək;
  • qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək və bu kimi digər vəzifələri yerinə yetirmək. Vergi ödəyiciləri vergilərlə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrini tam və vaxtında icra etməyə borcludurlar. Əks təqdirdə onlara müvafiq qanunvericiliklərə uyğun olaraq məsuliyyət tədbirləri görülə bilər.

    Vergi ödəyiciləri, vergi agentləri və onların qanuni nümayəndələri vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

    Vergi hüquqpozmalarına qarşı tətbiq edilən məsuliyyət tədbirləri

    Mənbə:


  • Mesaj
    Şərh Göndər

    E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

    Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.