e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb

2017-10-25 | İqtisadiyyat | 3019

Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib.

"APA-Economics" xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2018-ci il üçün yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub.

Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.

Hər iki qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilmişdir.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi isə 116 manat məbləğində təsdiq edilmişdir.

Mənbə: https://apa.az/maliyye_xeberleri/gelen-il-ucun-yasayis-minimumu-ve-ehtiyac-meyari-aciqlanib-4869.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.