e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Varlılar üçün vergi artırılmalıdır

2017-11-01 | Vergilər | 2335

Beynəlxalq Valyuta Fondunun (BVF) hazırladığı məruzədə hökumətlərə yüksək qazanclı şəxslərə münasibətdə səmərəli vergi siyasəti yürütmək tövsiyə edilib.

Tənzimləyici orqanın sənədinə əsasən, son on il ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində varlı insanlardan tutulan vergilərin əhəmiyyətli şəkildə azaldıldığı müşahidə olunur. Belə ki, 1981-ci ildə zənginlərdən tutulan gəlir vergisinin dərəcəsi 62 faiz olduğu halda, 2016-cı ildə bu göstərici 35 faizə enib.

BVF-nin vergi departamentinin açıqlamasına görə, yüksək gəlirlərin vergiyə cəlb olunması dövlətin maliyyə sistemində resursların yenidən paylanmasının əsas mexanizmlərindən biridir. Qeyd olunub ki, hətta indiki şəraitdə proqressiv vergi sistemi öz aktuallığını saxlayır. Bununla belə, kasıb ölkələr üçün əsas vəzifə varlı vətəndaşların vergiyə cəlb edilməsi deyil, ümumi vergi bazasının yaradılmasıdır.

Təşkilatın məruzəsində, həmçinin bütün vətəndaşlar üçün universal baza gəlirinin tətbiq olunması, aztəminatlı ailələr üçün səhiyyə və təhsil xərclərinin artırılması kimi maliyyə tövsiyələri də yer alıb.

Mənbə: http://marja.az/news/15342


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.