e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda ƏDV-dən azad olunan əməliyyatların siyahısı genişləndirilə bilər

2017-11-02 | Vergilər | 2437

Azərbaycan Hesablama Palatası xammal ixracı əməliyyatlarının ƏDV-dən azad olunan əməliyyatlara aid edilməsini tövsiyyə edir.

"Report" bu barədə Hesablama Palatasının aparılmış təhlillər əsasında tövsiyyələrinə əsasən xəbər verir.

Palata vergi qanunvericiliyinə əsasən sıfır dərəcə ilə ƏDV tutulan əməliyyatlardan fərqli olaraq ƏDV-dən azad edilən əməliyyatlar aparan vergi ödəyiciləri üçün ƏDV-nin əvəzləşdirilməsində məhdudiyyətlərin tətbiq olunmasını nəzərə alaraq xammal ixracı əməliyyatlarının ƏDV-dən azad olunan əməliyyatlara aid edilməsinin və "xammal" anlayışına vahid yanaşmanın təmin olunması üçün Nazirlər Kabineti tərəfindən müvafiq siyahısının təsdiq olunmasını tövsiyyə edir.

Digər tövsiyyə isə fiziki şəxslərin kommersiya təyinatlı obyektləri üzrə əmlak vergisinin dövlət vergilərinə aid edilməklə dövlət büdcəsinə ödənilməsi ilə bağlıdır.

Bundan başqa, Palata bazar iqtisadiyyatı prinsiplərinə uyğun inkişaf edən ölkələrin təkmil təcrübələrinə əsaslanmaqla avtomobil nəqliyyatı vasitələrinin sahiblərindən nəqliyyat vergisi və ya ekoloji vergi adı ilə tutulan verginin dərəcələrinin əsasən ətraf mühitin çirkləndirilməsi səviyyəsindən, mühərriklərin həcmindən və lüks kateqoriyasına aid edilməsindən asılı olaraq müəyyənləşdirilməsini tövsiyyə edir.

Mənbə: https://report.az/maliyye/azerbaycanda-edv-den-azad-olunan-emeliyyatlarin-siyahisi-genislendirile-biler/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.