Prezident idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısını təsdiq edib
2017-11-03 | Vergilər | 2383
Azərbaycan prezidenti İlham Əliyev "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək, habelə Dövlət Gömrük Komitəsi bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
S/S
Kod
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları
1.
2601200000
Yandırılmış pirit
2.
2606000000
Alüminium filizləri və konsentratları
3.
2818200000
Alüminium oksidi, süni korunddan fərqli
4.
7203100000
Dəmir filizinin birbaşa reduksiya məhsulları
5.
7203900000
Dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri
6.
7204491000
Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış)
7.
7204499000
Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri