Topdansatış ticarət və İstehsal fəaliyyəti sahəsində istifadə ediləcək ciddi hesabat blankları formaları təsdiq edildi.2017-06-11 | Mühasibat uçotu | 4408Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 8.20-ci bəndini rəhbər tutaraq,
QƏRARA ALIR: 1. "Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. qərarın 1-ci hissəsində "1-67" rəqəmləri "1-78" rəqəmləri ilə əvəz edilsin və 68-78 nömrəli əlavələr təsdiq edilsin (əlavə olunur). 1.2. həmin qərarın 57 nömrəli əlavəsi yeni redaksiyada verilsin (əlavə olunur). 2. Maliyyə Nazirliyinin aparatının Uçot siyasəti şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin və bu qərardan irəli gələn digər məsələləri həll etsin. 3. Bu qərarın icrasına nəzarət nazir müavini Emin Hüseynova həvalə edilsin. Yeni ciddi hesabat blanklarının formaları ilə aşağıdakı linkə daxil olmaqla tanış ola bilərsiniz. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.