e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycan alkoqollu içki və tütün məmulatlarına idxal aksizini 2 dəfə artırır

2017-11-07 | Vergilər | 2153

Azərbaycanda milli valyutanın ucuzlaşması idxal olunan alkoqollu içkilər və tütün məmulatlarının qiymətinin daxili bazarda artmasına, idxal aksiz vergisi üzrə isə daxilolmaların azalmasına səbəb olub. Bu səbəbdən 2018-ci ildən etibarən alkoqollu içkilər və tütün məmulatlarının idxalına tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.

"Report"un verdiyi xəbərə görə. bu barədə növbəti ilin büdcə layihəsinin Milli Məclisin 5 komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov məlumat verib.

Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər hazırlanıb və sənəd dövlət başçısına təqdim olunub.

Mənbə: https://report.az/maliyye/azerbaycan-alkoqollu-icki-ve-tutun-memulatlarina-idxal-aksizini-2-defe-artirir/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.