e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Noyabrın 10-u Beynəlxalq Mühasibat Günüdür

2017-11-10 | Mühasibat uçotu | 3220

Dünyada ən populyar peşələrdən birinin nümayəndələri hər il noyabrın 10-da öz peşə bayramlarını - Beynəlxalq Mühasibat Gününü (Mühasib Gününü) qeyd edirlər. Bu bayramın məhz həmin gündə qeyd edilməsi XV əsrin axırlarında baş vermiş bir hadisə ilə bağlıdır: 1494-cü il noyabrın 10-da Venesiyada (İtaliya) məşhur riyaziyyatçı Luka Paçiolinin "Hesab, həndəsə və tənasüb haqqında bütün biliklər" adlı kitabı çapdan çıxıb. Müəllif bu kitabda həmin dövrün riyaziyyatına aid bilikləri toplamışdı. Kitabın "Hesablar və digər yazılar haqqında" adlanan fəslində Venesiyada mühasibat işi ətraflı şərh edilmişdi. İkiqat mühasibat metodu haqqında ilk mətbu iş olan bu kitab əsasında sonrakı dövrdə geniş yayılmış kommersiya mühasibatına aid bir sıra əsərlər yaradılıb. Sözügedən kitabda uçot işinin çox hissəsi indi məlum olduğu şəkildə təsvir edilib, bir sıra başqa terminlər, mühasib işi üçün zəruri biliklər öz əksini tapıb.

Luka Paçioli venesiyalı tacirlərin öz işində istifadə etdikləri metodları ətraflı təsvir etdiyinə görə, onu "mühasibatın atası" adlandırırlar. L.Paçiolinin şərh etdiyi mühasibat üsullarının təfərrüatı sonrakı dörd əsr ərzində mühasibata aid xüsusi əsərlərin yaranması üçün bünövrə olub.

Mənbə: https://azertag.az/xeber/Noyabrin_10_u_Beynelxalq_Muhasibat_Gunudur-900556


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.