e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Palata dempinqlə mübarizə aparmaq niyyətindədir

2017-11-15 | Audit | 2630

Azərbaycan Auditorlar Palatası (AAP) audit bazarında dempinq və haqsız rəqabətə qarşı mübarizə aparmaq niyyətindədir. Bu barədə palatadan məlumat verilib.

"AAP dempinq və haqsız rəqabətə qarşı mübarizə aparmaq məqsədilə palata üzvləri arasında tərəfdaşlıq sazişinin bağlanmasını təklif edir. Saziş layihəsi artıq hazırdır", - deyə məlumatda bildirilir.

Auditorlar Palatası Azərbaycanda fəaliyyət göstərən auditor şirkətləri və müstəqil auditorların tövsiyələrinin ümumiləşdirilməsi məqsədilə bu saziş layihəsini ictimai müzakirəyə çıxarmaq niyyətindədir.

Qeyd edək ki, AAP yanında Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə Komitənin yaradılması planlaşdırılır.

Mənbə: http://marja.az/news/16091


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.