e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İşəgötürənlərin nəzərinə - Əmək müqaviləsinin rəsmiləşdirilməsi

2017-11-16 | Kadr işi | 2848

İŞƏGÖTÜRƏNLƏRİN NƏZƏRİNƏ!

Əmək müqaviləsinin rəsmiləşdirilməsi


Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənin və ya onun səlahiyyət verdiyi şəxsin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmzası olmalıdır. ASAN İmza SİM kartını mobil operatorların (AzercellBakcellNar Mobile) nümayəndəliklərindən əldə edib, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə ASAN İmza sertifikatı ala bilərsiniz. İşəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalı, bundan sonra əmək müqaviləsinin məlumatlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edərək onun hüquqi qüvvəyə minməsi üçün müvafiq bildiriş əldə etməlidir.

İşəgötürən tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi isə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur:

 

Qanun pozuntuları

Məsuliyyət tədbirləri

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə (Vergi Məcəlləsi, maddə 58.10)

hər bir belə işçi üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə (İnzibati Xətalar Məcəlləsi, maddə 192.1)

fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək miqdarda,

vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək miqdarda,

hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda inzibati cərimə edilir.

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (yəni 10 nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə (Cinayət Məcəlləsi, maddə 162-1.1)

 

Eyni əməllər təkrar törədildikdə (Cinayət Məcəlləsi, maddə 162-1.2)

7000 manatdan 10 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 


Fəaliyyətinzlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməyiniz tövsiyə olunur. 

Əlavə məlumatı www.taxes.gov.az və www.e-gov.az saytlarından, vergi ödəyicilərinə xidmət mərkəzlərindən və “195-1” Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

 

Azərbaycan Respublikası Vergilər Nazirliyi

Mənbə: http://www.taxes.gov.az/modul.php?name=pages&page=242


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.