e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tələbələr və ali təhsilli gənclər üçün təcrübə keçmək imkanı yaradır

2017-11-22 | Kadr işi | 3183

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) növbəti Təcrübə Proqramını elan edir. Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan və ya təhsilini başa vurmuş gənclər İİTKM-ə müraciət edə bilərlər:

İqtisadiyyat, maliyyə, riyaziyyat, jurnalistika, IT və ya hüquq sahələri. Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

  • Məntiqi və analitik düşünmə qabiliyyəti;
  • Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;
  • Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
  • Ünsiyyət və təqdimat bacarığı.
Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə İİTKM tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.

Proqrama qoşulmaq istəyənlərdən 30 noyabr 2017-ci il tarixinə kimi matanat.rasulova@ereforms.org ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

Mənbə: http://fins.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.