e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı 7 gün qeyri-iş günü olacaq.

2013-12-11 | İqtisadiyyat | 2695

Bu il dekabrın 31-dən gələn il yanvarın 6-na qədər qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin Trend-ə verdiyi məlumata görə, bu, Nazirlər Kabinetinin Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı qəbul etdiyi qərarda əksini tapıb.

Qərara əsasən, şənbə və bazar günlərinə təsadüf edən 28 və 29 dekabr iş günləri olacaq. Başqa sözlə, 3 və 6 yanvar tarixləri müvafiq olaraq şənbə (28 dekabr) və bazar (29 dekabr) günləri ilə dəyişdirilib.

Bununla da yanvarın 7-si 2014-cü ilin ilk iş günü olacaq.

Mənbə: www.trend.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.