e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Tütün məmulatları və spirtli içkilərin idxalına tətbiq olunan aksiz dərəcələrinin artırılması planlaşdırılır.

2017-11-27 | Vergilər | 2246

Azərbaycan hökuməti 2018-ci il dövlət büdcəsinin layihəsində idxal olunan tütün məmulatları və spirtli içkilərə aksizlərin tətbiq olunmasından daxilolmaların əhəmiyyətli dərəcədə artacağını nəzərdə tutur. Bu barədə hökumətdən məlumat verilib.

"Gələn ildən Azərbaycana tütün məmulatları və spirtli içkilərin idxalına tətbiq olunan aksiz dərəcələrinin artırılması planlaşdırılır. Buna görə dövlət büdcəsinə bu maddələr üzrə daxilolmaların son dərəcə artacağı proqnozlaşdırılır", - deyə məlumatda bildirilir.

Xüsusilə tütün və tütün məmulatlarının idxalına aksiz dərəcələrinin tətbiqi nəticəsində büdcəyə 90 mln. manat məbləğində vəsaitin daxil olacağı nəzərdə tutulub ki, bu da 2017-ci ilin göstəricisindən 2,3 dəfə çoxdur.

Bundan başqa, spirtli içkilərin idxalına tətbiq olunan aksiz dərəcələrinin artırılması hesabına daxilolmaların həcmi 2,2 dəfə artaraq 2018-ci ildə 20 mln. 462 min manata (pivə - 12,72 mln. manat (artım 3,2 dəfə), etil spirti

Mənbə: http://marja.az/news/16633


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.