Mühasibatlıq üzrə keçirilən 1-ci Olimpiadanın nəticələrinin müzakirəsi və qaliblərinin mükaflandırılması keçirildi2017-11-28 | Mühasibat uçotu | 291927 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Mühasibatlıq üzrə keçirilən 1-ci Olimpiadanın nəticələrinin müzakirəsi və qaliblərinin mükaflandırılması keçirildi. Tədbirdə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov, Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov, SİNAM şirkətinin direktoru Əbülfət Rəhmanov, "Professional Mühasib" jurnalının Baş redaktoru, audit üzrə mütəxəssis Mehdi Babayev, Bakı Mühəndislik Universitetinin Mühasibat uçotu və audit kafedrasının müdiri Firudi Sultanov və digər ekspertlər çıxış edərək bildirmişdilər ki, olimpiada tam şəffaf və obyektiv keçirilmişdir. Növbəti olimpiadalara daha çox universitet tələbələrinin cəlb edilməsi tövsiyyə olunmuşdur. Beləliklə nəticələrə əsasən 60 tələbə arasında keçirlən olimipada da 1-ci yerə Simnar Paşazadə (Bakı Mühəndislik Universiteti) 2-ci yerə Fəqan Məmmədzadə (Bakı Mühəndislik Universiteti), 3-cü yerə Elşən Şahverdiyev (Azərbaycan Dövlət İqtisad Universiteti) universitetlərinin tələbələri layiq görülərək diplom və qiymətli hədiyyələr əldə etmişlər. Digər iştirakçılara sertifikatlar və həvəsləndirici hədiyyələr təqdim olunmuşdur. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.