e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Parlament gələn il üçün yaşayış minimumu və ehtiyac meyarını təsdiqləyib

2017-12-04 | İqtisadiyyat | 2795

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunların layihələri səsə qoyulub.

"APA-Economics" xəbər verir ki, qanun layihəsi səs qoyularaq qəbul edilib.

Qeyd edək ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 130 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2018-ci il üçün yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub.

Hər iki qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Mənbə: https://apa.az/maliyye_xeberleri/parlament-gelen-il-ucun-yasayis-minimumu-ve-ehtiyac-meyarini-tesdiqleyib-7520.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.