Səlim Müslümov: Azərbaycanda 200 peşə standartı hazırlanıb2013-12-20 | İqtisadiyyat | 2703Ötən üç il ərzində Azərbaycanda 200 peşə standartı hazırlanıb. Trend-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Kadrların hazırlanması və əmək məhsuldarlığının artırılmasında peşə standartlarının rolu" mövzusunda keçirilən konfransda deyib. Nazir bildirib ki, bu standartlardan 33-ü inşaat, 41-i emal sənayesi, 13-ü kənd təsərrüfatı, 33-ü turizm, 13-ü energetika, 17-i nəqliyyat sahələrində, daha 60-ı isə xidmət sahəsindədir. Onun sözlərinə görə, indiyədək Azərbaycanda faktiki olaraq dəqiq peşə standartları mövcud olmayıb: "Bu, həm işəgötürənlər, həm də əməkdaşlar üçün çətinliklər yaratmışdı. Dünya Bankı ilə sosial müdafiənin inkişafına dair birgə layihə çərçivəsində bu standartları çox qısa müddətdə Almaniyanın "GOPA Consulting" şirkəti hazırlayıb". Onun sözlərinə görə, bu sahə Azərbaycan üçün yenidir və ona görə də bu prosesdə qabaqcıl dünya təcrübəsi öyrənilib: "Bundan başqa, standartların hazırlanmasında iqtisadiyyatın özəl və qeyri-neft sektorunun 60-dan artıq müəssisəsinin nümayəndələri iştirak edib". Mənbə: www.trend.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.