e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda vergi yükü 40%-dən azdır - İCMAL

2017-12-08 | Vergilər | 2325

Dünya Bank (DB) və "PricewaterhouseCoopers" (PwC) beynəlxalq audit şirkəti tərəfindən hazırlanan "Paying Taxes 2018" adlı icmalda Azərbaycan 35-ci yeri tutub.

"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın indeksi 83,79-a bərabərdir.

İcmala əsasən, qiymətləndirmə 190 ölkənin iqtisadiyyatını əhatə edib.

Azərbaycanda vergi yükü 39,8% təşkil edərək ötən illə müqayisədə dəyişməyib. "Bu göstərici Mərkəzi Asiya və Şərqi Avropa üzrə orta göstərici olan 33,4%-dən yüksəkdir, lakin dünya üzrə orta göstərici olan 40,5%-dən azdır. Vergi yükünün böyük bir hissəsini (67%) əlavə dəyə vergisi və sosial ödənişlər təşkil edir", - deyə icmalda qeyd edilib.

Mənbə: https://apa.az/maliyye_xeberleri/azerbaycanda-vergi-yuku-40-den-azdir-icmal-9076.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.