Mülki aviasiya üçün idxal edilən uçuş aparatları və onların ehtiyat hissələri ƏDV-dən azad edilir2017-12-15 | Vergilər | 2415Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirə edilib. "APA-Economics" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, layihədə Vergi Məcəlləsinə 164.1.38-ci maddənin əlavə edilməsi təklif edilir. Bu maddəyə görə, mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları əlavə dəyər vergisindən azad edilir. Layihə səsə qoyularaq qəbul edilib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.