Gömrükləmə işləri daha da "ASAN"laşdı2017-12-19 | İqtisadiyyat | 2386
Yerli və xarici, fiziki və hüquqi şəxslərə tam gömrük təmsilçiliyi xidmətləri göstərmək məqsədilə artıq "My Broker" İxtisaslaşmış Gömrük Təmsilçiliyinin Bakı şəhəri 1, 3, 4, 5 saylı "ASAN xidmət" mərkəzlərində və 1 saylı "ASAN Kommunal" mərkəzində də xidmət pəncərələri yaradılıb. Trend-in məlumatına görə, "My Broker" Gömrük Təmsilçiliyi bu pəncərələrə müraciət edənlərə gömrük rəsmiləşdirilməsi üzrə məsləhət xidməti, sənədlərin qəbul olunması, mal alanın və ya göndərənin qanuni nümayəndəsinin iştirakı ilə gömrükləmə, tam təmsilçilik qismində gömrükləmə, eləcə də gömrük əməliyyatları üzrə bir sıra xidmətlər göstərir. Qeyd edək ki, "My Broker" Azərbaycanın gömrük fəaliyyəti zonasında ilk dəfə dünya təcrübəsi əsasında yaradılmış müasir Gömrük Təmsilçiliyidir və gömrükdən istifadə edən vətəndaşların və iş adamlarının rahatlığına xidmət edir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.