e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Milli Mühasiblər Forumunun bir qrup spikerləri ödənişsiz seminar keçirəcək.

2017-12-19 | Mühasibat uçotu | 2923

24 dekabr 2017-ci il tarixində saat 11:00-da Milli Mühasiblər Forumunun bir qrup spikerləri olan tanınmış mühasib və audit sahəsinin mütəxəssisləri Mehdi Babayev, Radil Fətullayev, Kəmaləddin Quliyev və Emin Səttarov Forum qabağı seminar keçirəcəklər.

Seminarın əsas mövzuları aşağıdakılardlr:

  • Sadələşdirilmiş vergi bəyannaməsinin və mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin və "verginin hesablanması" bölməsinin mühasibat uçotu məlumatları əsasında düzgün doldurulması qaydası.
  • Elektron qaimə fakturaların tətbiqi ilə əlaqədar yeniliklər, elektron qaimə fakturaların praktiki tərtibatı, təqdim edilməsi, elektron imzalama və digər tətbiqlərin müsbət tərəfləri və yarana biləcək cətinliklərin aradan qaldırılması yolları.
  • Vergi orqanı tərəfindən göndərilən uyğunsuzluq məktublarının (kameralların) kompleks cavablandırılması yolları.
  • Kredit almaq məqsədilə müəssisənin maliyyə təhlilinin aparılması.
  • Digər daha maraqlı və mühasibatlığa dair praktik aktulal məsələlər barədə peşəkar izahların verilməsi.
  • İşturakçılar tərəfindən verilən sualların cavablandırılması.
Tədbirin Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK-nın) Akt zalında baş tutması planlaşdırılır. Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küç, 57, 3-cü mərtəbə (Azərneftkimyamaşın binası, Kral şadlıq sarayı ilə üzbəüz).

Qeydiyyat üçün office.iroib@gmail.com e-poçt ünvanına soyad, ad, ata adı, iş yeri, vəzifə, e-mail və telefon nömrənizi göndərməyiniz xahiş olunur.

Əlavə məlumat üçün əlaqə telefonu:

(012) 480 28 45

(070) 511 77 31

(055) 333 76 90

Əlaqələndirici şəxs: Nəzir Xalid

P.S. Milli Mühasiblər Forumu haqqında daha ətraflı məlumat üçün www.mmf.az saytına daxil olun.

Mənbə:


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.