Gələn ildən biznes lisenziyalarının verilməsi sadələşdiriləcək2017-12-20 | İqtisadiyyat | 22972018-ci ildən Azərbaycanda sahibkarlar lisenziyaların əldə olunması üçün icazələr portalına (lisenziya.gov.az) müraciət edə biləcəklər. Trend-in məlumatına görə, bunu portalın təqdimatı mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. Nazir müavini qeyd edib ki, lisenziya verilməsi ilə məşğul olan orqanlar müraciətlərin qəbul olunması ilə bağlı müvafiq əməliyyatları elektron formada həyata keçirə biləcək. Ölkədə keçirilən iqtisadi islahatlara toxunan S.Məmmədov vurğulayıb ki, bu islahatların nəticəsi olaraq lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı isə 4 dəfə azaldılaraq 86-ya endirilib. Bundan başqa, indiyə qədər verilmiş müddətli lisenziyalar müddətsiz lisenziyalarla əvəz olunub. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.