Azərbaycanda sahibkarlıq subyektləri təsnifləşdiriləcək.2017-12-21 | İqtisadiyyat | 2239Azərbaycan parlamenti "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna dəyişiklik etməyə hazırlaşır. Dəyişiklik sahibkarlıq subyektlərinə dövlət dəstəyi və güzəştlərin tətbiqinin səmərəliliyini artırmaq üçün onların mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üzrə təsnifləşdirilməsi məqsədilə hazırlanıb. "Report"un verdiyi xəbərə görə, dəyişikliyi nəzərdə tutan qanun layihəsi parlamentin 29 dekabr tarixli plenar iclasında müzakirə olunacaq. Qanuna əlavə edilmiş 4.1 maddəyə görə, sahibkarlıq subyektlərinin bölgüsünə əsasən, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Mənbə: https://report.az/biznes/azerbaycanda-sahibkarliq-subyektleri-tesniflesdirilecek/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.