Auditorlar Palatası: Azərbaycanın iqtisadi inkişafı hesabatlılığın beynəlxalq standartlarının tətbiqini əhəmiyyətli edir2013-12-21 | Audit | 2730Azərbaycanın sürətli iqtisadi inkişafı və beynəlxalq təsərrüfat sisteminə inteqrasiya mühasibat hesabatlılığının və auditin beynəlxalq standartlarının tətbiqini əhəmiyyətli edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində deyilir. V.Novruzov bildirib ki, artıq bu istiqamətdə uğurlar qeydə alınıb: "Bundan başqa, təsərrüfat subyektlərində beynəlxalq standartların tətbiqi üçün vergi qanunvericiliyinə dəyişikliklər edilib. Bu standartların daha geniş tətbiqi üzrə tələbləri gələcəkdə şəffaflığın artımına dair ölkə rəhbərliyinin tapşırıqlarını nəzərə alaraq sürətləndirmək vacibdir". Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, yüksək şəffaflığa malik maliyyə sistemlərinin effektivliyi analoji sistemlərdə şəffaflığın daha aşağı səviyyəsi ilə daha yüksəkdir. Məqalədə qeyd edilir: "İqtisadiyyatın idarə olunmasında effektiv qərarların qəbulu yalnız dövlətin maraqlarının müdafiəsi üçün deyil, həm də sahibkarlar və əhali üçün real əsas yaradır. Maliyyə-mühasibat sisteminin təkmilləşdirilməsi üzrə məqsədyönlü tədbirlər, audit və maliyyə nəzarəti sistemləri, həmçinin "Mühasibat uçotu haqqında" qanunun tətbiqi, mühasibat hesabatlığının beynəlxalq standartlarına keçidə hazırlığa yönəldilmiş 2003-2007-ci illərdə milli mühasibat standartlarının tətbiqi proqramları, həmçinin "2007-2011-ci illərdə şəffaflığın artırılması və korrupsiya ilə mübarizə dair Milli Strategiya", "Daxili audit haqqında" qanun və başqa normativ aktlar maliyyə nəzarəti və bu nəzarət sisteminin beynəlxalq standartlarla uyğunlaşdırılması sahəsində qanunverici bazanın sonrakı inkişafı üçün əsas yaratdı". Auditorlar Palatasının sədri vurğulayıb ki, həlli 2012-2015-ci illərdə "Korrupsiya ilə mübarizə üzrə Milli Fəaliyyət Planı"nda nəzərdə tutulmuş məsələlər, həmçinin böyük əhəmiyyətə malikdirlər. Mənbə: www.trend.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.