e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Veriglər Nazirliyindən sahibkarlara YADDAŞ

2017-12-22 | Vergilər | 2808

2018-ci ili yanvar ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə

Y A D D A Ş

 

2017-ci ilin dekabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

 

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

 

2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

 

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi

2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

 

2017-ci ilin 4-cü rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

 

  • Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi 

2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

 

  • Xüsusi notariusların gəlir vergisi bəyannaməsi

2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2017-ci ilin dekabr ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidirr.

 

  • Dövlər rüsumu haqqında hesabat

    2018-ci ilin yanvar ayının 22-dək vergi orqanına təqdim edilməli, notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.

 

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

  • ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən 2018-ci ilin yanvar ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2017-ci ilin dekabr ayı üzrə hesablanmış vergi 2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq tam həcmdə dövlət büdcəsinə ödənilməlidir
  •  Digər vergi ödəyiciləri tərəfindən (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) 2018-ci ilin yanvar ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2017-ci ilin dekabr ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir

 

Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən

2017-ci ilin 4-cü rübü üzrə hesablanmış cari ödəmələr 2018-ci ilin yanvar ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

 

*  *  *

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

 

Hörmətli vergi ödəyiciləri, Bəyannamələrinizi və bəyannamələr üzrə hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz. Bununla vaxtınıza qənaət etmiş olarsınız.

Mənbə: http://www.taxes.gov.az/modul.php?name=pages&page=248


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.