e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

"II Mili Mühasib Forumu"nun tanıdılması məqsədilə "VERGI UÇOTU VƏ MÜHASIBAT UÇOTU SAHƏSINDƏ YENI TƏTBIQLƏR" mövsunda seminar keçirilmişdir.

2017-12-24 | Mühasibat uçotu | 2978

24 dekabr 2017-ci ildə keçirilməsi nəzərdə tutulan "II Mili Mühasib Forumu"nun tanıdılması məqsədilə "VERGI UÇOTU VƏ MÜHASIBAT UÇOTU SAHƏSINDƏ YENI TƏTBIQLƏR" mövsunda seminar keçirilmiş-dir.

Seminar MMF sədri Ruslan Atakişiyevin çıxışı ilə başlamışdır. Sonra söz Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin üzvü, Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəhbərinin müavini Mirəli Kazımova verilmişdir. Professional mühasib jurnalının baş redaktoru, audit mütəxəssis Mehdi Babayev "Elektron qaimə fakturaların tətbiqi ilə əlaqədar yeniliklər, elektron qaimə fakturaların praktiki tərtibatı, təqdim edilməsi, elektron imzalama və digət tətbiqlərin müsbət tərəfləri və yarana biləcək cətinliklərin aradan qaldırılması yolları, SM Konsaltinq şirkətinin direktoru Emin Səttarov "Sadələşdirilmiş vergi bəyannaməsinin "verginin hesablanması" bölməsinin mühasibat uçotu məlumatları əsasında düzgün doldurulması qaydası", İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse prezidenti Radil Fətullayev "Sadələşdirilmiş vergi bəyannaməsinin və mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin mühasibat uçotu məlumatları əsasında düzgün doldurulması qaydası" və SOCAR-ın mühasibi Kəmaləddin Quliyev "Kredit almaq məqsədilə müəssisənin maliyyə təhlilinin aparılması" mövzularında iştirakçılara təlimlər vermişdilər.

İştirakçıların sayının çox olmasını nəzərə alaraq seminar iki hissədə keçirilmişdir. I hissə 11:00-dan - 13:30 kimi, II hissə isə 14:30-dan- 18:00 kimi davam etmişdir. Ümumillikdə təlimdə 200-ə yaxın şəxs iştirak etmişdir. Təlimin sonunda suallar cavablandırılmış və müzakirələr aparılmışdır.

Mənbə:


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.