e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycana gətirilən aksizli mallar üçün vergilər artırılıb - SİYAHI

2017-12-25 | Vergilər | 2615

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli qərarında dəyişiklik edib.

"Report" xəbər verir ki, dəyişikliyə əsasən ölkəyə idxal olunan əksər aksizli mallar üçün vergilər artırlıb.

Tütün və tütün məmulatları

Tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.

Pivə və alkoqollu içkilər

İndiyə qədər səməni pivəsinin 1 litr üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 2 manat, şampan şərabının 1 litr üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,1 manat aksiz dərəcəsi tətbiq olunub. Dəyişikliyə əsasən gələn il yanvarın 23-dən səməni pivəsinin 1 litr üçün 1,7 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 3,5 manat, şampan şərabının 1 litr üçün 5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,2 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərablarna aksiz dərəcəsi 1 litr üçün 2 manatdan 3,5 manata, digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki), qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqlarına 1 litr üçüen 2 manatdan 3.5 manata, denaturasiya olunmamış etil spirtinə ( 80 həcm % və ya çox spirt qatılığı ilə) 1 litr üçün 2 manatdan 4 manata, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaralar, viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər, diər spirtli içkilərə 1 litr üçün 6 manatdan 10 manata, həcm %-i 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinə 1 litr üçün 2 manatdan 4 manata qaldırılıb.

Oktan ədədi 95-dən az olan benzin növləri

Aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 80 manat, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb.

Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.

Xatırladaq ki, bu ilin iyul ayının 17-də Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli və "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 12 aprel 2001-ci il tarixli qərarlarına dəyişiklik edib. Dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib.

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarının əlavəsi olan 22 dekabr 2003-cü il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 92 oktanlı benzin üçün gömrük rüsumu 0% müəyyən edilib.

Onu da əlavə edək ki, analoji qərar 2016-cı ilin avqustunda Heydər Əliyev adına BNEZ-in təmirə dayanması ilə əlaqədar verilmişdi. Təmir prosesinin modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınaraq, daxili bazardakı tələbatı ödəmək məqsədi ilə SOCAR Nazirlər Kabinetinə idxal olunacaq "Ai-92" markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsinə dair müraciət etmişdi.

Dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, gələn il yanvarın 23-də qüvvəyə minir.

N Malın adı Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)
İndi Əvvəl
1 səməni pivəsi 1 litr üçün 1,7 manat 1 litr üçün 1 manat
2 təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosu 1 litr üçün 3,5 manat 1 litr üçün 2 manat
3 şampan şərabı 1 litr üçün 5 manat 1 litr üçün 2,5 manat
4 qıcqırma prosesində və yaxud spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları 1 litr üçün 0,2 manat 1 litr üçün 0,1 manat
5 vermutlar və bitki və yaxud aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları 1 litr üçün 3,5 manat 1 litr üçün 2 manat
6 digər qıcqırdılmış içkilər (sidr, perri və yaxud armud sidri, ballı içki); qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları, başqa yerdə adları çəkilməyən və yaxud təsnif olunmamış 1 litr üçün 3,5 manat 1 litr üçün 2 manat
7 denaturasiya olunmamış etil spirti, 80 həcm faiz və yaxud çox spirt qatılığı ilə 1 litr üçün 4 manat 1 litr üçün 2 manat
8 üzüm çaxırının və yaxud üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar 1 litr üçün 10 manat 1 litr üçün 6 manat
9 viski 1 litr üçün 10 manat 1 litr üçün 6 manat
10 rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan 1 litr üçün 10 manat 1 litr üçün 6 manat
11 cin və ardıc tinkturası 1 litr üçün 10 manat 1 litr üçün 6 manat
12 araq 1 litr üçün 10 manat 1 litr üçün 6 manat
13 likörlər 1 litr üçün 10 manat 1 litr üçün 6 manat
14 digər spirtli içkilər 1 litr üçün 10 manat 1 litr üçün 6 manat
15 həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti 1 litr üçün 4 manat 1 litr üçün 2 manat
16 tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar 1 000 ədəd üçün 20 manat 1 000 ədəd üçün 10 manat
17 tərkibində tütün olan siqaretlər 1 000 ədəd üçün 12 manat 1 000 ədəd üçün 4 manat
18 digər siqaretlər və siqarillalar 1 000 ədəd üçün 12 manat 1 000 ədəd üçün 4 manat
19 yüngül distilyatlar və məhsullar: emalın spesifik prosesləri üçün 1 ton üçün 80 manat 1 ton üçün 80 manat
20 yüngül distilyatlar və məhsullar: proseslərdə kimyəvi çevrilmələr üçün 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
21 xüsusi benzinlər: uayt-spirit 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
22 digər xüsusi benzinlər 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
23 aviasiya benzinləri 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
24 mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat 1 ton üçün 1 manat
25 mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və yaxudxud daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə 1 ton üçün 80 manat 1 ton üçün 80 manat
26 mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və yaxud çox oktan ədədi ilə 1 ton üçün 120 manat 1 ton üçün 120 manat
27 mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat 1 ton üçün 1 manat
28 mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, digərləri 1 ton üçün 80 manat 1 ton üçün 80 manat
29 mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98 və yaxud çox oktan ədədi ilə 1 ton üçün 120 manat 1 ton üçün 120 manat
30 reaktiv benzin yanacağı 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
31 digər yüngül distilyatlar 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
32 orta distilyatlar: emalın spesifik prosesləri üçün 1 ton üçün 80 manat 1 ton üçün 80 manat
33 orta distilyatlar: proseslərdə kimyəvi çevrilmələr üçün 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
34 digər məqsədlər üçün kerosin 1 ton üçün 80 manat 1 ton üçün 80 manat
35 digər məqsədlər üçün digər orta distilyatlar 1 ton üçün 80 manat 1 ton üçün 80 manat
36 qazoyllar 1 ton üçün 80 manat 1 ton üçün 80 manat
37 maye yanacaq 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
38 sürtkü yağları və digər yağlar; emalın spesifik prosesləri üçün 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
39 sürtkü yağları və digər yağlar: proseslərdə kimyəvi çevrilmələr üçün 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
40 mühərrik yağları, kompressor sürtkü yağı, turbin sürtkü yağı 1 ton üçün 50 manat 1 ton üçün 50 manat
41 hidravlik məqsədlər üçün mayelər 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
42 açıq rəngli yağlar, vazelin yağı 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
43 dişli çarxlar üçün yağ və reduktorlar üçün yağ 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
44 metalların emalı üçün tərkiblər, qəliblərin yağlanması üçün yağlar, antikorroziya yağları 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
45 elektrik izolyasiya yağları 1 ton üçün 50 manat 1 ton üçün 50 manat
46 digər sürtkü yağları və digər yağlar 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
47 qazoyllar 1 ton üçün 80 manat 1 ton üçün 80manat
48 mayeyanacaq 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
49 digərneftməhsulları 1 ton üçün 50 manat 1 ton üçün 50 manat
50 neft vazelini 1 ton üçün neft vazelini 1 ton üçün 10 manat neft vazelini 1 ton üçün 10 manat
51 neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar 1 ton üçün 24 manat 1 ton üçün 24 manat
52 təbii bitum və asfalt; bitumlu şistlər və ya neftli şist və bitumlu qum daşı; asfaltitlər və asfalt süxurları 1 ton üçün 1 manat 1 ton üçün 1 manat
53 təbii asfalt, təbii bitum, neft bitumu, mineral qatranlar və ya mineral qatranların peki (məsələn, bitumlu mastika, yol örtükləri üçün asfalt qarışıqları) əsasında bitumlu qarışıqlar 1 ton üçün 1 manat 1 ton üçün 1 manat

Mənbə: https://report.az/maliyye/azerbaycana-getirilen-aksizli-mallar-ucun-vergiler-artirilib-si-yahi/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.