Bir həftə qeyri-iş günü olacaq2018-01-04 | Kadr işi | 2681Bu il Novruz bayramında qeyri-iş günləri məlum olub. Nazirlər Kabinetinin qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən 24 mart şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib. Qərara əsasən beşgünlük iş həftəsində 26 mart istirahət günüdür. 2018-cü ilin istehsalat təqvimi - Ətraflı (Rəngli printerdə çap etmək üçün ) 2018-cü ilin istehsalat təqvimi - Ətraflı (Ağ-qara printerdə çap etmək üçün ) 2018-cü ilin istehsalat təqvimi - Ətraflı (Rəngli printerdə çap etmək üçün - Vertikal ) 2018-cü ilin istehsalat təqvimi - Ətraflı (Ağ-qara printerdə çap etmək üçün vertikal) Mənbə: http://marja.az/news/18689?title=bir-hefte-qeyri-is-gunu-olacaq |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.