IFRS 9 və İFRS15 beynəlxalq mühasibat uçotu standartları bu ildən qüvvəyə minir.2018-01-09 | IFRS | 6620BMHS Şurası xatırladır ki, yeni ilin başlaması ilə iki çox vacib standartın tətbiqi başlayır. IFRS 9 2014-cü ildə İAS39 "Maliyyə alətləri: Tanınma və Ölçmə" standartını əvəz etmək üçün hazırlanışdır. Yeni standart 3 əsas hissədən ibarətdir: təsnifləşdirmə və ölçü, dəyərsizləşmə və hedcinq uçotu. Demək olar ki, bütün şirkətlər üçün bu standart vacib olsa da (və hər bir şirkətin əlində hər hansı maliyyə alətləri olduğu nəzərə alınarsa, o zaman, ümumiyyətlə hər kəs üçündir), ən əhəmiyyətli dəyişikliklər bankların mühasibat uçotunda və onların verilmiş kreditlər üzrə zərərləri necə nəzərə aldıqlarında olacaqdır. IFRS 9 Standartını buradan yükləyin. IFRS 15 "Müştərilər ilə müqavilələr üzrə gəlirlər" standartı da 2014-cü ildə buraxılmışdır və 18 N-li MUBS-ın "Gəlirlər" və 11 N-li MUBS-in "Tikinti müqavilələri" standartlarını əvəz etmişdir. Standart, uçot praktikasında gəlirlərin qiymətləndirilməsi üçün aydın beş addımlı prosedur təqdim edir. Bu prosedur göstərir ki, müəssisə hesabat dövründə öz hesabatlarında gəlirləri nə vaxt tanımalıdır və hansı məbləğdə. Standart hər bir şirkət üçün aktualdır. IFRS 15 Standartını buradan yükləyin. Mənbə: http://www.ifrs.org/news-and-events/2018/01/ifrs-9-and-ifrs-15-effective-this-year/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.