e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Maliyyə hesabatlarının hazırlanmasına dair təlim keçənlərə sertifikatlar təqdim olunub

2018-01-27 | Mühasibat uçotu | 2906

Yanvarın 24-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Auditorlar Palatasının birgə təşkilatçılığı ilə ötən ilin dekabrında keçirilmiş təlimin iştirakçılarına sertifikatlar təqdim olunub.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən iqtisadi inkişafın dayanıqlılığını və davamlılığını təmin edə biləcək mühüm bir sənəd kimi dəyərləndirilən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri"ndə nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi əhəmiyyət kəsb edir. Bunları nəzərə alaraq, ASK və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə ötən il dekabrın 18-22-də "Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi" mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində məqsəd demokratik cəmiyyətin mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, yeni hesabatvermə formalarının tətbiqi, maliyyə hesabatlılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi və bu sahədə sahibkarlara öz töhfələrini verməkdən ibarətdir.

Auditorlar Palatasının sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov təlimi müvəffəqiyyətlə bitirmiş nümayəndələri təbrik edib və qeyd edib ki, təlim "Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi. şirkətinin Azərbaycandakı filıalının, "Deloitte & Touche" MMC-nin, "Praysvoterhauskupers Audit Azərbaycan" MMC-nin, "Barattson School of Business & Finance" Tədris Mərkəzinin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri və Auditorlar Palatasının üzvləri tərəfindən keçirilib. Təlimdə ASK-nı, "Azərsun" Holdinqi, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatını, "Turanbank" ASC-ni, "NABUCCO A&C" MMC-ni, "Green Tech" MMC-ni, "İnter-Tobacco" MMC-ni, "CN Co.LTD" şirkətini, Bioloji Təbabət Klinikasını, Şamaxı Müalicə Diaqnostika Mərkəzini, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, "Azərbaycan İnşurans Brokinq" Sığorta Şirkətini, Bakı Nəqliyyat Departamentini, "Təmiz Qaz" MMC-ni, "Modern Group of Companies" MMC-nin 23 nümayəndəsi iştirak edib.

Növbəti təlimlər yanvarın 22-dən müntəzəm olaraq davam etdirilir.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Mənbə: http://ask.org.az/az/read/438


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.