Azərbaycanda nümayəndəliyi olan audit şirkətinin 6 rəhbər şəxsi ABŞ-da həbs olunub2017-01-30 | Audit | 2865Beynəlxalq audit şirkəti olan KPMG-nin ("Klynveld Peat Marwick Goerdeler") keçmiş altı rəhbər şəxsi yanvarın 29-da ABŞ-da həbs olunub. "APA-Economics" "WallStreetJournal" nəşrinə istinadən xəbər verir ki, keçmiş auditorlar məxfi audit məlumatlarından sui-istifadədə ittiham olunurlar. Bildirilir ki, KPMG rəsmiləri İctimai Mühasibat Uçotu Heyətinin (İMUH) işçilərini işə götürərək onlardan İMUH-un şirkətin auditi ilə bağlı planlarını öyrənərək məxfi məlumatları əldə ediblər. KPMG-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb. "WallStreetJournal" yazır ki, tənzimləyicinin şirkətdə aparmaq istədiyi audit haqqında məxfi məlumatları ələ keçirdiklərinə görə ötən il KPMG-nin alt əməkdaşı işdən kənarlaşdırılıb. Qeyd edək ki, KPMG "Böyük Dördlük" adlanan dünyanın 4 nəhəng audit şirkətlərindən biri olub, peşəkar xidmət təşkilatıdır. Gəlirlərinə və əməkdaşlarının sayına görə isə bu dördlükdə "Deloitte" , "PWC" və "Ernst & Young"dan sonra dördüncü yerdədir. Dünyanın bir çox yerində nümayəndəliyi olan xidmət şəbəkəsinin mərkəzi Niderland-Amsterdamda yerləşir və şirkətlərə audit, vergi və məsləhət xidmətləri təklif edir. Xatırladaq ki, "KPMG Azərbaycan limited" şirkətin Azərbaycandakı nümayəndəliyidir və 1998-ci ildən etibarən Respublikamızda fəaliyyət göstərir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.