Azərbaycanda banklar bir illiyə fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edildi2013-12-27 | Vergilər | 2714Milli Məclisin dekabrın 27-də keçirilən iclasında "Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında" Qanun layihəsi müzakirə olunub. Trend-in məlumatına görə, parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanun banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin 2014-cü il yanvarın 1-dən etibarən 1 il müddətinə gəlir vergisindən azad edilməsini nəzərdə tutur. Z.Səmədzadə bildirib ki, bu qanun 60 milyon manat vəsaitin əhalidə qalmasına imkan verəcək: "Azərbaycanda əhalinin banklarda 6 milyard manatdan çox əmanəti var. Bundan il ərzində 600 milyon manat gəlir götürülür. Fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizilərin gəlir vergisindən azad edilməsi ilə 50-60 milyon manat vəsait əhalidə qalacaq". Qanun layihəsi qəbul edilib. Mənbə: www.trend.az target=_new>www.trend.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.