2018-ci ilin "İş vaxtının norması" və "İstehsalat təqvimi"ndə dəyişikliklər edilib.2018-02-08 | Kadr işi | 2955AR Prezidentinin "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" 2018-ci il 5 fevral tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 07 fevral 2018-cil tarixli 3 nömrəli qərarı ilə "2018-ci il üçün iş vaxtının norması"nda və "2018-ci ilin istehsalat təqvimi"ndə müvafiq dəyişikliklər edilib. Qərara əsasən, "2018-ci il üçün iş vaxtının norması"nda dördüncü abzasın üçüncü, dördüncü və beşinci cümlələri və beşinci abzas çıxarılıb və yeni abzas əlavə edilib. Həmin abzasda qeyd olunub ki, "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" AR Prezidentinin 2018-ci il 5 fevral tarixli Sərəncamına və "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə" AR Mərkəzi Seçki Komissiyasının 2018-ci il 6 fevral tarixli 1/1 nömrəli Qərarına əsasən 2018-ci il aprelin 11-i növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü kimi nəzərə alınır". Qərarla həmçinin "2018-ci ilin istehsalat təqvimi"ndə aprel və oktyabr ayları üzrə aylıq iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq "168" rəqəmi "159" rəqəmi ilə, "175" rəqəmi "184" rəqəmi ilə, II və IV rüblər üzrə rüblük iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq "469" rəqəmi "460" rəqəmi ilə, "502" rəqəmi isə "511" rəqəmi ilə əvəz edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrdə edilən dəyişikliklər Nazirliyin rəsmi internet səhifəsindəki "İstehsalat təqvimi" bölməsində də yerləşdirilib. AR Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən AR Milli Məclisi deputatlarının, AR Prezidentinin, AR bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Eyni zamanda, AR Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar (əmək şəraiti ilə əlaqədar qısaldılmış iş vaxtı müəyyən edilən hallardır) istisna olunmaqla, qalan iş yerlərində səsvermə günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Yenililənmiş "2018-ci ilin İstehsalat təqvimini və İş vaxtı normasını" YÜKLƏYİN Mənbə: http://www.mlspp.gov.az/az/pages/17/40/information/1540 |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.