ASK prezidenti Məmməd Musayev-in sahibkar-vergi münasibətləri ilə bağlı təklifləri.2018-02-16 | Vergilər | 2301AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxışında bildirib ki, ölkəmizin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında Vergilər Nazirliyinin fəaliyyəti olduqca mühüm əhəmiyyət kəsb edir və iqtisadiyyatın ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsi, beynəlxalq standartlara uyğun vergi sisteminin formalaşması, çevik vergi siyasətinin aparılması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi iqtisadi strategiyanın tərkib hissəsidir: - "Bu gün vergi sisteminin təkmilləşdirilməsi istiqamətində görülən davamlı işlər, bəzi boşluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə həyata keçirilən islahatlar sahibkarlıq fəaliyyəti üçün də əlverişli zəmin yaradır. Elektron hökumətin əsas elementlərindən biri hesab edilən "bir pəncərə" sisteminin tətbiqi sahibkarlıq mühitində bürokratik əngəllərin sayının azaldılmasına şərait yaradıb, ölkədə əlverişli biznes mühitinin formalaşmasına və sahibkarlıq fəaliyyətinə mənfi təsir edən müxtəlif maneələrin aradan qaldırılmasına səbəb olub. "Bir pəncərə" prinsipinin tətbiqinə başlandıqdan sonra qısa müddətdə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində bir sıra mütərəqqi yeniliklər tətbiq edilib, qeydiyyat prosedurları sadələşdirilib, müddət isə dəfələrlə azaldılıb. Hazırda ölkədə biznesə başlama ilə bağlı prosedurlar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən qeydiyyata elektron qaydada alınır. Bütün bunlar son nəticədə sahibkarlığın inkişafına müsbət təsir göstərən amillərdəndir". M.Musayev elektron xidmətlərin inkişaf etdirilməsinin sahibkarlarla dövlət orqanları arasında mövcud olan əlaqələrə yanaşma tərzini dəyişdiyini qeyd edib: "Vergilər Nazirliyi və "ASAN xidmət" mərkəzinin birgə əməkdaşlığı ilə yaradılmış "ASAN imza" sahibkarlar və investorlar üçün optimal biznes mühiti yaradıb. Hökumətin bu sahədə həyata keçirdiyi ardıcıl və davamlı siyasət əcnəbi və yerli sahibkarlar üçün mühüm əhəmiyyət kəsb edir". Konfederasiya prezidenti rəhbərlik etdiyi qurumun yarandığı ilk gündən sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirən orqan kimi onların hüquqi və iqtisadi mənafelərini müdafiə etdiyini və bu təşkilatın dövlət-sahibkar münasibətlərinin ardıcıl qaydada inkişaf etdirilməsinə, sahibkarların maarifləndirilməsinə, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsinə daim öz töhfəsini verdiyini vurğulayıb. Ölkədə yürüdülən vergi siyasətinin kiçik və orta sahibkarlığı stimullaşdırdığı xüsusi qeyd olunaraq bildirilib ki, Azərbaycanda kiçik müəssisələr və fərdi sahibkarlar üçün sadələşdirilmiş vergi sisteminin tətbiqi kiçik biznesin əlavə xərclərinin azaldılmasına və bütövlükdə kiçik sahibkarlığın inkişafına şərait yaradır: "Görülmüş işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə açılıb, özəl bölmənin payı ümumi daxili məhsulda 80 faizi, məşğulluqda 75 faizi ötüb, dövlət qeydiyyatına alınmış sahibkarlıq subyektlərinin sayı 880 mindən çox olub". Konfederasiya prezidenti sahibkar-vergi münasibətlərinin daha da təkmilləşdirilməsi istiqamətində bir sıra təkliflər də irəli sürüb:
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.