e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları ödənişlə veriləcək

2018-02-21 | İqtisadiyyat | 2327

Azərbaycan prezidenti İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

APA-nın məlumatına görə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinə aşağıdakı məzmunda cümlə əlavə edilib:

"Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir".

Muhasib.az-ın şərhi: Qeyd edək ki, bu məlumatlar əsasən Bələdiyyələrə torpaq və əmlak vergilərinin hesablanması məqsədi ilə lazım gəlir. Beləki, torpaq sahələri daşınmaz əmlak hesab edilir. Torpaq sahələri barədə mülkiyyət və ya istifadə hüquqları sənədləri "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanununa əsasən AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilir. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

Mənbə: https://apa.az/maliyye_xeberleri/belediyyelere-dasinmaz-emlakin-dovlet-reyestrinin-melumatlari-odenisle-verilecek-9063.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.