e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Gələn ildən müəssisələrdə yoxlamalara başlanacaq - ƏMƏK MÜFƏTTİŞLİYİ

2013-12-28 | Vergilər | 2683

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi nəticəsi əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" ilə bağlı nəzarət tədbirləri hələlik yalnız əmək müqaviləsi ilə çalışan işçilər üzrə aparılacaq. Bu barədə fins.az-a Dövlət Əmək Müfəttişliyinin rəisi İdris İsayev bildirib. Onun sözlərinə görə, Əmək Müfəttişliyi əmək qanunvericiliyi ilə əhatə olunan məsələlərə nəzarəti həyata keçirir. Amma yaxın vaxtlarda vəziyyətidəyişəcək: "Bununla bağlı ciddi problemlər var. Hazırda biz qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımlar atacağıq, düşünürəm ki, bu istiqamətdə də müəyyən dəyişikliklər əmək məcəlləsində nəzərə alınacaq. Nəticədə bu sistem bütün işləyənləri əhatə edəcək".

İ.İsayev bildirib ki, növbəti ildən müəssisəərdə nəzarət tədibrlərinə - yoxlamalara başlanacaq. "Hazırda bizdə yoxlamalar aparılmır, amma növbəti ildən bu prosesə başlanacaq. Bu tədbirlər həyata keçiriləndə bunu hamı, xüsusilə də işə götürənlərin hamısı hiss edəcək"-deyə müfəttişliyin rəisi bildirib.

Mənbə: http://www.fins.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.