e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

UNEC-də vergi sahəsində təlim kurslarına start verilib

2018-03-01 | Sertifikasiyalar | 3379

UNEC-də Vergilər Nazirliyinin dəstəyi ilə vergi sahəsində təlim kurslarına start verilib.

Trend-in məlumatına görə, təlimləri vergi sahəsinin təcrübəli alim və mütəxəssisləri aparacaq.

UNEC Biznes Mərkəzinin direktoru Asəf Əsədov bildirib ki, məqsəd tələbələri müasir vergi inzibatçılığının əsas trendləri, inkişaf istiqamətləri, müasir analitik texnologiyalar barədə məlumatlandırmaq və bilik menecmenti yaxınlaşmalarının rolunu gücləndirməkdir. Təlimlərin vergi inzibatçılığı və menecmenti, vergi auditi, İKT və vergi analitikası istiqamətləri üzrə aparılacağını vurğulayan A.Əsədov sonda mövzulara uyğun imtahanlar keçiriləcəyini, imtahanları uğurla verən tələbələrə isə sertifikatlar təqdim olunacağını bildirib.

Təlimin ilk günündə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Akif Musayev vergitutmanın tarixi, əsas anlayışları, dövlət üçün əhəmiyyəti, hüquqi bazası və beynəlxalq vergitutma ilə bağlı mövzularla tələbələrə təlim keçib. Professor sonda tələbələri maraqlandıran sualları cavablandırıb.

Mənbə: https://az.trend.az/azerbaijan/society/2866715.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.