Vergi cərimələri xəbərdarlıqla əvəz ediləcək2018-03-07 | Vergilər | 2217Azəbaycanda vergi pozuntularına görə sahibkarlara tətbiq edilən bir sıra cərimələrin, xəbərdarlıqla əvəz edilməsi nəzərdə tutulur. Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün Bakıda təşkil edilən "Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar" tədbirində bildirib. Onun sözlərinə görə, hazırda Konfederasiya ilə Vergilər Nazirliyi arasında bununla bağlı müzakirələr aparılır: "Biz Vergilər Nazirliyi ilə danışıqlar aparırıq, eləcə də vergi sahəsində təkliflər toplusu hazırlayırıq. Bu təkliflər arasında cərimələrin xəbərdarlıqla əvəz edilməsi də nəzərdə tutulur". Məmməd Musayev bildirib ki, ümumiyyətlə, Azərbaycanda təkcə vergi sahəsində deyil, digər sahələrdə də tətbiq edilən cərimələr bəzən yol verilən pozuntulara uyğun gəlmir: "Fikrimcə bu cərimələrin və ümumiyətlə cəza tədbirlərinin pozuntulara uyğunluğu məsələsi müzakirə olunmalıdır". Mənbə: marja.az/news/21642 |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.