Ötən il əmək qanunvericiliyini pozanlar 431 min manat cərimələnib2018-03-09 | Kadr işi | 2207Ötən il əmək qanunvericiliyinin tələblərinin pozulmasına dair vətəndaşlardan daxil olmuş 6 402 şikayət məzmunlu ərizə və müraciət, müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş müxtəlif xarakterli 1 622 sorğu araşdırılaraq cavablandırılıb. "APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb. Vətəndaşların müraciətlərinin araşdırılması zamanı 228 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Həmin hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib, aradan qaldırılması vaxt tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə göstərişlər verilib. Törədilmiş inzibati xətaya görə, vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edilərək 431 400 manat məbləğində inzibati cərimə tətbiq olunub ki, onun da 94 418 manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib. Hesabat dövründə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 12 nəfər öz əvvəlki işlərinə bərpa edilib, işçilər barəsində yol verilmiş çoxlu sayda qanun pozuntularının aradan qaldırılması təmin edilib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.