"Ezamiyyə xərclərinin normaları haqqında" AR Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.2018-03-12 | İqtisadiyyat | 3431Ali Məhkəmənin Aparat rəhbəri və hakimlərinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar əlavələr veriləcək. Ali Məhkəmənin sədrinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 100 faizi həcmində əlavə veriləcək. APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Ezamiyyə xərclərinin normaları haqqında" qərarında müvafiq dəyişiklik edib. İndiyə qədər Ali Məhkəmənin sədrinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 50 faizi həcmində əlavə verilib. Qərara əsasən bundan sonra Ali Məhkəmənin sədrinin müavinləri üçün nəzərdə tutulan xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində əlavə 50 faizə qaldırılıb. Eyni zamanda Ali Məhkəmənin Aparat rəhbərinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 50 faizi həcmində əlavə veriləcək. İndiyə qədər Ali Məhkəmənin Aparat rəhbərinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar əlavə verilməyib. Dəyişiklikdə ilk dəfə olaraq Ali Məhkəmənin hakimlərinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində əlavə verilməsi də əksini tapıb. Bundan əvvəl Ali Məhkəmənin hakimləri üçün xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar əlavələr verilməyib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.