e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Nazir müavini: "Karqo fəaliyyəti ilə bağlı xüsusi komissiya yaradılıb"

2018-03-14 | Vergilər | 2359

"Vergi və gömrük sənədlərini düzgün tərtib etməyən karqo şirkətləri tərəfindən təqdim olunan sənədlərdə uyğunsuzluqlar mövcuddur, bəzi hallarda isə saxta qaimələr təqdim edilir ki, bu da vergidən yayınmalara şərait yaradır".

"APA-Economics"in məlumatına görə, bunu Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə,

"Ona görə də şəffaflığın təmin olunması məqsədilə bu sahədə yeni innovativ alətlərin tətbiqi üzərində iş aparılır. Nazirlikdə karqo fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə işlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə xüsusi komissiya yaradılıb", - deyə S.Ələkbərov vurğulayıb.

Mənbə: https://apa.az/maliyye_xeberleri/nazir-muavini-karqo-fealiyyeti-ile-bagli-xususi-komissiya-yaradilib-1734.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.