Azərbaycan kiçik sahibkarların vergilərdəki payına görə inkişaf etmiş ölkələrdən bir neçə dəfə geri qalır2018-03-14 | Vergilər | 2242Hazırda Azərbaycanda 917 min vergi ödəyicisi var ki, bunun da 30 mini Əlavə Dəyər Vergisi (ƏDV), qalanları isə sadələşdirilmiş vergi ödəyiciləridir. "Report" xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib. Onun sözlərinə görə, ƏDV ödəyicilərinin dövlət büdcəsinə ödədiyi vergilərin məbləği ümumi vergi daxilolmalarının təxminən 1/3-ni təşkil edir. "Sadələşdirilmiş vergi ödəyicilərinin ödədiyi vergilərin həcmi ötən il 371,5 mln. manat olub və bu, ümumi vergi ödəmələrinin 5,3%-i deməkdir. İnkişaf etmiş ölkələrin əksəriyyətində bu rəqəm bir neçə dəfə yüksəkdir. Ona görə də kiçik sahibkarlığın inkişafı daha da gücləndirilməli, bu kateqoriyaya aid sahibkarların ödədikləri vergilərin məbləği artmalıdır", - S.Ələkbərov bildirib. Mənbə: https://report.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.