e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergilər Nazirliyi işə qəbulla bağlı xüsusi strategiya qəbul edib

2018-04-03 | Kadr işi | 2475

Vergilər Nazirliyi 2017-2019-cu illərdə işə qəbulla bağlı xüsusi strategiya qəbul edib.

"Report" xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, nazirlik innovativ fikirli əməkdaşlara ehtiyac duyur.

Bundan başqa, nazir müavini deyib ki, indiyə qədər Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 1 356 nəfərdən çox şəxs işə qəbul olunub ki, onlar da nazirlik əməkdaşlarının yarısından çoxunu təşkil edir.

Vergilər və Təhsil Nazirlikləri anlaşma memorandumu imzalayıb

Vergilər və Təhsil Nazirlikləri arasında anlaşma memorandumu imzalanıb.

"Report" xəbər verir ki, sənədi vergilər nazirinin müavini Sahib Ələkbərov və təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıb.

S.Ələkbərov deyib ki, 5 il müddətinə imzalanan memorandumun müddətinin gələcəkdə uzadılacağına ümid edir.

F.Qurbanov isə isə bildirib ki, Azərbaycanın təhsil müəssisələrində vergi mədəniyyəti kursu keçiriləcək: "İnanıram ki, Vergilər Nazirliyinin əməkdaşları da burada iştirak edəcək".

Mənbə: https://report.az/maliyye/vergiler-nazirliyi-ise-qebulla-bagli-xususi-strategiya-qebul-edib


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.