e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Banklar hüquqi şəxslərin dövlət müəssisəsi olub olmadığını müəyyənləşdirə biləcək

2018-04-03 | Hüquq | 2468

Banklar tərəfindən vergi ödəyicisi olan hüquqi şəxslərin dövlət müəssisəsi olub olmadığı müəyyən edilə biləcək.

Azərbaycan Banklar Assosiasiyasından Trend-ə verilən məlumata görə, qurumun "Komplayns Ekspert" Qrupunun təşəbbüsü ilə Vergilər Nazirliyinə bununla bağlı rəsmi müraciət edilib. Nazirlik tərəfindən müraciət müsbət qarşılanmış və Banklar müəssisələrin dövlət müəssisəsi olub olmadığını müəyyən edən müvafiq sistem təminatı ilə təmin edilib.

Xatırladaq ki, dövlət müəssisəsi nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar hesab edilir.

Mənbə: https://az.trend.az/business/2881184.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.