Vergilər Nazirliyi sahibkarların təkliflərinə 1 ay ərzində baxacaq
2018-04-03 | Vergilər | 2233
Azərbaycan sahibkarlarının Vergilər Nazirliyinə ünvanladığı təkliflərə 1 ay ərzində baxılacaq. Fins.az xəbər verir ki, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
O, vergi ödəyicilərinin təkliflərinin hansı məsələlərlə bağlı olduğunu da açıqlayıb: "Təkliflər əsasən
nağdsiz ödənişlər,
sənədlərin verilməsi,
vergi inzibatçılığı,
vergi qanunvericiliyi ilə bağlıdır.
Bu təkliflərin hər birinə diqqətlə yanaşılır və bundan sonra da yanaşılacaq. Bir ay ərzində biz bu təklifləri emal edəcəyik və təklifləri aidiyyatı üzrə müvafiq orqanlara öz rəylərini bildirmələri üçün təqdim edəcəyik. Razılaşdırmalardan sonra bu təkliflərə Milli Məclisdə büdcə zərfi ilə birgə baxılacaq", - deyə S.Ələkbərov vurğulayıb.