AMB və Vergilər Nazirliyi nağdsız ödənişlərin inkişafı ilə bağlı birgə işçi qrup yaradıb2018-04-11 | İqtisadiyyat | 2468"Nağdsız Azərbaycan proqramının reallaşdırılması ölkədə monetar sferanın idarə olunmasında mühüm rol oynayacaq." Bu barədə "APA-Economics"ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, cari ildə AMB tərəfindən 3 layihə həyata keçiriləcək. "Nağdsız Azərbaycan proqramı bizim ciddi proqramlarımızdan biridir. Bildiyiniz kimi Mərkəzi Bank cari ildə 3 böyük proqram reallaşdıracaq. Bunlar "Ani ödənişlər", "Nağdsız Azərbaycan" və "3D bank sektorunda blokçeyn texnologiyalarına keçid" proqramlarıdır. Hər üç layihə irəliləyir. Biz qoyulan hədəflərə doğru irəliləyirik. Hazırda tədbirlər planı reallaşdırılır. Biz bir sıra qurumlarla, xüsusilə də Vergilər Nazirliyi ilə çox aktiv əməkdaşlıq edirik. "Nağdsız Azərbaycan" proqramının reallaşdırılması bütövlükdə ölkədə monetar sferanın idarə olunması, pul kütləsinə monetar nəzarətin həyata keçirilməsində, həm də vergi sistemində artıq başlanmış və nəzərdə tutulmuş geniş islahatlar proqramının həyata keçirilməsində mühüm rol oynayacaq. Ona görə biz Vergilər Nazirliyi ilə birgə işçi qrupu yaratmışıq. "Nağdsız Azərbaycan" prqoramı üzrə əsas tədbirlər planı müəyyənləşdirilib. Tədbirlər planına uyğun birlikdə işlər görülüb və tədbirlər planına uyğun olaraq biz irəliləyəcəyik", - deyə E.Rüstəmov qeyd edib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.