e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda ASC və MMC-lərin cəmi 16%-i auditdən keçir

2018-05-02 | Audit | 2797

2017-ci il üzrə 67 507 məcburi audit obyektindən 2134-ü (3,2%-i) auditdən keçib.

Bu barədə məlumat "APA-Economics" Auditorlar Palatasının 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatda öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, 2016-2017-ci illər ərzində məcburi audit subyektlərinin təşkilati-hüquqi forması üzrə göstərilmiş auditor xidmətlərinin təhlili nəticəsində müəyyən edilib ki, 2016-cı il ərzində respublika üzrə 67 507 məcburi audit obyektindən 1507-si (2,2%-i), 2017-ci ildə isə 2134-ü (3,2%-i) auditdən keçib.

Hesabatdan məlum olur ki, 2016-2017-ci illər müqayisə edildikdə məcburi auditdən keçən təsərrüfat subyektlərinin sayında 1% artım müşahidə edilib.

2016-cı il ilə müqayisədə 2017-ci ildə auditdən keçən səhmdar cəmiyyətlərinin sayı 16,2%-dən 14,9%-ə qədər azalıb, MMC-lər üzrə 0,8%-dən 0,9%-ə qədər, bələdiyyələr üzrə 41,1%-dən 78,7%-ə qədər, siyasi partiyalar üzrə 21,8%-dən 30,9%-ə qədər artıb.

Mənbə: https://apa.az/maliyye_xeberleri/azerbaycanda-asc-ve-mmc-lerin-cemi-16-i-audtiden-kecir-3261.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.