Vergilər Nazirliyi: Kriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir2018-05-17 | Vergilər | 2247Azərbaycanda kriptovalyuta əməliyyatları ilə bağlı mənfəət vergiyə cəlb olunmalıdır. Report-un məlumatına görə, bunu Bakıda "Maliyyə texnologiyalarında yeni trendlər: blokçeyn, kriptovalyuta və təhlükəsizlik" konfransı zamanı Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib. Onun sözlərinə görə, kriprtovalyuta əməliyyatları əsasən fiziki şəxslər arasında həyata keçirilir, ona görə də qeyri-sahibkarlıq fəaliyyətinə aid edilir. O deyib: "Vergilər Nazirliyi hesab edir ki, kriptovalyutalarla məşğul olan şəxslər mütləq şəkildə vergi orqanlarında qeydiyyata durmalı, müvafiq bəyannamələr təqdim etməli və dövlət büdcəsinə vergilər ödəməlidir". Ş.Ərəbov vurğulayıb ki, bu gün kriptovalyuta əməliyyatlarının vergiyə cəlb olunması məsələsi bütün dünyada geniş müzakirə olunur. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.