Dövlət Miqrasiya Xidmətinin yeni rəisi sahibkarlara xəbərdarlıq edib2018-05-22 | Kadr işi | 2654Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli qərarı ilə təsdiq edilmiş "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası"na görə əcnəbilərə Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi hər təqvim ili üzrə müəyyən edilmiş kvota çərçivəsində həyata keçirilir. "APA-Economics"in məlumatına görə, bunu bu gün Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov onun rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən yerli və xarici iş adamları ilə görüş zamanı bildirib. Onun sözlərinə görə, 2018-ci təqvim ilində Azərbaycanda əmək miqrasiya kvotası 7270 nəfər müəyyən olunub. O qeyd edib ki, Miqrasiya Məcəlləsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir: "Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir". |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.