e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda müəllimlərin attestasiyası ləğv olunur

2018-05-29 | Kadr işi | 2673

Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiya ləğv edilir.

Fins.az-ın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir.

Yeni bəndə əsasən, "Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər" attestasiya olunmayacaqlar.

Qeyd edək ki, digər dəyişikliklə Azərbaycanda müəllimlərin sertifikasiyası təklif olunur.

Bunun ilə bağlı "Təhsil haqqında" qanuna dəyişikliklər nəzərdə tutulur.

Fins.az-ın məlumatına görə, təklif edilən dəyişikliyə görə, Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq.

Layihədə bildirilir ki, sertifikasiyadan təkrar keçməyən müəllimlərlə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun tənzimlənəcək.

Layihələr Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: http://fins.az/sosium/947824/azerbaycanda-muellimlerin-attestasiyasi-legv-olunur.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.