Əmək haqqından ödənilən vergilərin azaldılması ilə bağlı vergi eksperti Emin Səttarovun şərhi.2018-06-02 | Vergilər | 2762Bu günlərdə sahibkarlarla keçirilən növbəti görüşdə vergilər naziri Mikayıl Cabbarov əmək haqqından vahid vergilərin tətbiq edilməsi ilə bağlı bir açıqlama verdi. ƏLBƏTDƏ nazir tərəfindən verilən bu açıqlama sahibkarlıq mühütü üçün gözlənilməz lakin, cox sevindirici hal kimi qəbul etmək olar. Mövcud vəziyyətdə işçilərin əmək haqqından 14 faiz dərəcə ilə vergilər və 3,5 faiz dərəcə ilə sosial sığorta ayırmasının tutulması ilə yanaşı işəgöturən tərəfindən də əlavə olaraq 22+0,5 faiz dərəcə ilə sosial sığorta ayırması hesablanır və işəgötürənin vəsaiti hesabına maliyyələşir. Bu isə müəssisələrə böyük vergi yükü yaradırdı. Əlbətdə belə şəraitdə müəssisələrin əmək haqları şəffaf şəkildə bəyan etməsi az gəlirli sahibkarlar üçün cəlbedici görunə bilməzdi. Beynəlxalq təcrübədə əmək haqqından vahid verginin tətbiq edilməsi təcrübəsi var və bu məbləğ sosial sığorta və vergi məbləğini əvəz edir. Məsələn Rusiya və Gürcüstanda belə təcrübə mövcuddur. Adətən vahid vergi dərəcəsi 20 faiz həddində olur. Yəni əmək haqqından 20 faiz SOSİLA VERGİ hesablanıb büdcəyə ödənilir və sahibkar əlavə olaraq sosial sığorta ödəməsi etmir. Buna SOSİAL VERGİ də deyilir. Məhz bu səbəblər nəzərə alınmaqla hesab edirəm ki vergi orqanı belə bir yola getməklə əmək haqqı sahəsində leqal məbləğlərin bərpa edilməsi üçün sahibkara maliyyə yükü az yaradan addımı atmalıdır. Səsləndirilən təkliflər qanunvericilikdə təsbit olunacağı halda sahibkarların vergi yükü xeyli yüngülləşməsi ilə nəticələnəcəkdir. Bundan əlavə olaraq qeyd etmək istərdim ki, əhalinin bir qismi sahibkarın vergi yükünün azalaçağını və onun əksi olaraq isə işçilərin vergi yükünün artaçağını düşünürlər. Amma nazirin çıxışına diqqətlə qulaq asdıqda müəyyən etmək olur ki, hələki fazi dərəcəsi və faiz dərəcəsinin şəxslər arasında bölüşdürülməsi bəlli olmasada işçilərin vergi yükü 14% dərəcədən artıq olmayacaq. Yəni şəxslər arasında sosial vergi bölüşdürülərkən işçi umumilikdə vergi yükü 14% və ya 14% dən aşağı olacaqdır. Emin Səttarov Vergi eksperti, peşakar təlimçi. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.